14 yaşlılarımızdan daha bir uğur

single-news
29 Apr 2011

14 yaşlılarımızdan daha bir uğur



`Qarabağ`ımızın 14 yaşlılardan ibarət komandası daha bir uğur əldə edib. Xəyal Həsənovun başçılıq etdiyi komanda Azərbaycan Xüsusi Olimpiya komitəsi tərəfindən təşkil olunmuş Avropa futbol həftəsi çərçivəsində Azərbaycan `Futbol həftə`si turnirində bütün rəqiblərini məğlub edərək yarışın qalibi olublar. `Qarabağ`ımızın gəncləri `İnter`, `Neftçi`, AZAL, SOS, ROİL və `Mehdiabad`la qarşılaşıb və bütün görüşlərdən qələbə ilə ayrılıb. Komandamızın baş məşqçisi Xəyal Həsənov turniri belə dəyərləndirdi:`Yarış 15 yaşlıların arasında keçirilirdi. Biz isə turnirə 14 yaşlı futbolçuları buraxmışdıq. Amma uşaqlar bütün oyunlarda yaxşı çıxış etdilər. Belə turnirlərin keçirilməsi futbolçular üçün yaxşıdır. Həm fərqli mühitdə oynayırlar, həm də yaxşı təcrübə qazanırlar. `Qarabağ` uşaq futboluna xüsusi diqqət yetirir. Bizim əsas məqsədimiz `Qarabağ`a yeni Əfranlar, Maksimlər, Rauflar yetişdirməkdir. Zənnimcə, biz bu yolda düzgün addımlayırıq.`

Paylaş

// pop up