15 dənə qırmızı
13 Fev 2009
15 dənə qırmızı
İstanbulun həvəskarlar arasında keçirilən çempionatında futbolda nadir hadisələrdən olan olay baş verib.
"Türk Hava Yolları" və "Ayazağa Esenspor" klubları arasında keçirilən yarımfinal matçında 15 futbolçu qırmızı vərəqə ilə cəzalandıqdan sonra, görüşün hakimi oyunu dayandırıb.
Hadisə isə "Türk Hava Yolları" klubunun kapitanı Səlahəddinin qarşılaşmanın 73-cü dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan çıxması zamanı baş verib. Kapitan meydanı tərk edərkən rəqib komanadanın ehtiyat oyunçular skamiyasında oturanlar ona söz atıb. Səlahəddin onlara cavab verən zaman isə futbolçular arasında dava başlayıb. Azarkeşlərində meydana daxil olub davaya qoşulması vəziyyəti daha da gərginləşdirib. İki komandanın futbolçuları və azarkeşləri əməlli-başlı yumruq davasına çıxıb. Olay polisin müdaxiləsindən sonra yatırılıb.
Hadisəni meydanın ortasında izləyən hakim və köməkçiləri ara sakitləşən kimi paltardəyişmə otağına yollanıb. Burada hər iki klubun nümayəndlələrini yanına çağıran ədalət təmsilçiləri "Ayazağa Esenspor"un 7, "Türk Hava Yolları"nın isə 8 futbolçusuna qırmızı vərəqə göstərdiklərini elan ediblər. Bununla da oyun başa çatmadan dayandırılıb. fanat.az