150-ci böyükhesablı qələbə

28 Okt 2024
150-ci böyükhesablı qələbə
Komandamız Azərbaycan çempionatlarında 150-ci böyükhesablı qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının XI turunun “Şamaxı” ilə matçına təsadüf edib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız ev oyununda 3 cavabsız qolla qalib gəlib. Komandamız üç və ya daha çox top fərqi ilə ilk qələbəsini 1992-ci il mayın 6-da evdə Kürdəmir “Şirvan”ı ilə matçda əldə edib - 6:0.
Qeyd edək ki, “Qarabağ” bu göstəricidə çempionatın rekordçusudur.