1600-cü qol
.jpg)
12 Apr 2025
1600-cü qol
Komandamız Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub. Yubiley topuna Leandro Andrade imza atıb.
Kabo-verdeli yarımmüdafiəçi Misli Premyer Liqasının XXX turunun “Səbail”lə səfər matçında fərqlənib. Komandamızın bu görüşdəki ikinci qolu çempionatlar tarixində 1600-cü olub.
Bu rəqəmi 1602-yə çatdıran komandamız evdə 913, səfərdə 674, neytral meydanlarda 15 qol sevinci yaşayıb.
Qeyd edək ki, komandamızın çempionatda ilk qoluna 1992-ci il mayın 3-də “İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) Mehman Alışanov imza atıb