17-18 YAŞLILARIN UĞURU
17-18 YAŞLILARIN UĞURU
Uzun sürən fasilədən sonra Azərbaycan çempionatında Yüksək Dəstə komandalarının müxtəlif yaş qruplarında yarışlara yenidən təkan verilib. “Qarabağ”ın 1989-1990-cı il təvəllüdlü futbolçuların çempionatında uğurla çıxış edən komandası başarısını yenə davam etdirib. Gənclərimiz Suraxanı stadionunda qarşılaşdığı “Neftçi”ni minimal hesabla məğlub edib. Yeganə qola görüşün 34-cü dəqiqəsində Fərrux Rəhimov imza atıb. Bunulada 18 yaşına qədər futbolçuların çempionatında “Qarabağ” məğlubiyyətsizliyini qorudu. Komandanın baş məşqçisi Emin Salmanovun dediyinə görə, hesabı daha böyük olmalıydı: "Zənnimcə, hesab 5:0 olmalıydı. Çoxlu sayda qol epizodu yaratdıq. Rəqibin bir dəfə də olsun təhlükəli vəziyyət yarada bilmədi. Amma önəmli, 3 xalı əldə etməyimizdi."
Xatırladaq ki, 1990-1991- ildə doğulmuş futbolçuların yarışında isə “Qarabağ” “Neftçi”yə 0:2 hesabıyla məğlub olub.