17 YAŞLI VUNDERKİNDƏ 9,8 MİLYON AVRO

single-news
7 Avq 2007

17 YAŞLI VUNDERKİNDƏ 9,8 MİLYON AVRO



Ötən il Avropanın ən güclüsü olmuş “Milan”nəhəyət transfer bazarında susqunluğuna son qoydu. Özüdə necə! 17 yaşı olmasına baxmayaraq, oynadığı futbolla hər kəsi heyran edən braziliyalı Alessandro Pato uğurunda mübarizədə “İnter”, “Real”, “Çelsi”kimi nəhəglərə qalib gələrək. Bəli, 17 yaşı olmasına baxmayaraq indidən gələcəyinə böyük ümidlər bəslənən hücumameyilli futbolçu “Milan”la 5 illik müqavilə bağlayıb. Bunun müqabilində klubuna 9,8 milyon avro ödənilib. Səbəbkar bura gələməyində həmyerlilərinin az rol oynamadığını bildirib. Belə ki, Ronaldoyla görüşən yeniyetmə İtalyan klubuna stünlük verib.” Bəli, Ronaldo mənə “Milan”a gələməyimi məsləhət bildi. Həqiqətən də, Ronaldo, Kaka, Kafu, Dida, Serjinyo kimi həmvətənlərimin yanında uğur qazanmaq asan olacaq.

Patonun Sentyabrın 3-ündə yeni komandasına qoşulsa da onun yeni mövsümdə “Milan”ın heyətində oynayıb-oynamayacağı bilinmir. Böyük ehtimalla futbolçu bir illik icarəyə veriləcək.  

Paylaş

// pop up