17 yaşlılar darmadağınla siftə etdi. Fotoqalereya
12 Fev 2010
17 yaşlılar darmadağınla siftə etdi. Fotoqalereya
Məlum olduğu kimi, sabah baş tutacaq `Xəzər-Ləkəran` - `Qarabağ` derbisindən öncə bu gün əvəzediciləri meydana çıxacaq. Buna qədər isə bu klubların 17 yaşlılardan ibarət komandası mübarizəyə qoşulublar. Yeniyetmələrimiz cənublularla macda erkən qol buraxsa da, Oktay Ocağın baş məçqçi olduğu komanda rəqibini darmadağın edib. Komandamız rəqibini düz 8 dəfə meydana mərkəzdən başlamağa məcbur edib. Belə də oyun `Qarabağ`ın 8:1-lik qələbəsiylə başa çatıb.
Komandamızda Elmin Əlizadə və Kamil Xanıyev het-trik edib. Ayaz Mehdiyev, Şərəfəddin Camalov isə hərəyə bir dəfə fərqlənib.