17 yaşlılardan növbəti qələbə

2 Noy 2010
17 yaşlılardan növbəti qələbə
`Qarabağ`ımızın 17 yaşlılarından ibarət komandası U-17 liqasında uğurlu şıxışını davam etdirir. Mübariz Orucovun başçılıq etdiyi komanda növbəti turda `Bakı-2`ylə üz-üzə gəlib. `Bakı`nın təlim-məşq bazasının stadionunda baş tutan görüşdə komandamız növbəti qələbəsini qazanıb. İlk yarıda hesab açılmayıb. İkinci hissədə isə komandamız rəqibini 2 dəfə meydanın mərkəzinə dəvət edib. Ramin Şirinov və Elşən Nəsirov komandamızın qollarına imza atıblar.
Komandamız oyuna bu heyətlə çıxıb: Elşən Nəsirli, Abbas Rəhimov, Ramal Qasımov, Emil Haşımov, Fərid Baxışov, Tural Rzayev, Fuad Məmmədzadə, Ülvi Rəfizadə, Nurlan Əhmədov, Ramin Şirinov, Azər Həbibov.