17 yaşlılarımız qələbə ilə başladı

single-news
14 Okt 2010

17 yaşlılarımız qələbə ilə başladı



17 yaşlılardan ibarət komandaların Azərbaycan çempionatı start götürüb. `Qarabağ`ımız da bu yarışa çempionluq iddiası ilə qoşulub. Mübariz Orucovun yetrimələri ilk turda AZAL-lı qəbul edib və rahat qələbə qazanıblar.
Komandamız oyuna bu heyətlə başlayıb: Abbas Rəhimov, Azər Həbibov, Ramal Qasımov, Emin Haşımov, Fərid Baxışov, Ülvi Rəhimzadə, Fuad Məmmədzadə, Tural Rzayev, Nurlan Əhmədov, Siyamək Məmişov, Elşən Nəsirov.
Gənclərimiz hər yarıda biq qol vuraraq görüşün taleyini həll ediblər. İlk hissədə Fuad Məmmədzadə penaltini qola çevirib.  İkinci yarlda isə oyuna sonradan daxil olan Ramin Şirinov cari birincilikdə qol hesabını açıb.
Beləliklə, komandamız 2:0 hesabıyla qələbə qazanıb. Komandamız 2-ci turda ROİL-lə qarşılaşacaq.

Paylaş

// pop up