17 yaşlılarımızdan almanlara 6:0-lıq darmadağın. fotolar

single-news
1 Fev 2011

17 yaşlılarımızdan almanlara 6:0-lıq darmadağın. fotolar



Xəbər verdiyimiz kimi `Qarabağ`ımızın 17 yaşlılardan ibarət komandası Antalyada təlim-məşq toplanışındadır.  Mübariz Orucovun başçılıq etdiyi komanda artıq ilk yoxlama oyununda qüvvəsini sınayib. Yeniyetmələrimiz Almaniyanın `Ansen` klubundan olan həmyaşıdlarını darmadağın edib.
`Qarabağ`ımız meydana bu heyətlə çıxıb:  İbrahim Abbasov, Əli Manaflı, Elmar Rəsulov, Elçin Rəhimli, Fuad Məmmədzadə, İlkin Məmmədov, İsmayıl Əzizzadə, Eşqin Tağıyev, Emil Haşımov, Ramin Şirinov, Nurlan Əhmədov. Oyuna sonradan daxil olanlar: Cəmil Məmmədli, Çoşqun Qorçiyev, Nicat Abbasov, Vüqar Mövlamov, Tural  Rzayev, Orxan Abdullazadə, Siyamək Məmişov
Oyuna komandamız hücumlarla başlasa da hesabı sadəcə 30 saatın tamamında açmaq mümkün oldu.  Nurlan Əhmədov eyni zamanda komandamızın 3-cü qolunun da müəllifi oldu. Nurlan dublla yadda qalsa da Ramin Şirinov het-triklə almanları məyus etdi. Komandamızın 6-cı qoluna Elçin Rəhimli imza atdı.
Beləliklə, komandamız görüşdən 6:0 hesabı ilə qalib ayrıldı. 

`Qarabağ` - `Ansen`oyunundan maraqlı anlar FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=342&lang=1

Paylaş

// pop up