17 yaşlılarımızdan əzmkar qələbə

single-news
15 Noy 2011

17 yaşlılarımızdan əzmkar qələbə



`Qarabağ` Futbol klubu uşaq futboluna xüsusi diqqət yetirir.  Bir çox istedadlı yeniyetmələrin yer aldığı aşağı yaş qruplarımız çempionatlarda uğurla çıxış edir. Bu gün  17 yaşlıların çempionatında `Qarabağ`ımız digər iddialı `Qəbələ`ni qəbul edib. Olduqca maraqlı keçən oyunda Mübariz Orucovun başçılıq etdiyi komandamız qələbə qazanıb. Yeniyetmələrimiz görüşə bu heyətlə çıxmışdı:

İbrahim Abbasov, Emil Haşımov, Əli Manaflı, Elmar Rəsulov, Bilal Abbaszadə, Eşqin Tağıyev (Elman Mehdiyev), Elnur Mustafayev, Tural Rzayev, Siyamək Məmişov (İsmayıl Əlizadə), Vüqar Mövlamov, Fuad Məmmədzadə (Elvin Nəsibov)

Oyuna `Qarabağ` hücumlarla başlasa da, qonaqlar görüşdə hesabı açıb. Amma qoldan `sınmayan` komandamız tezliklə status-kvonu bərpa edib. Tural Rzayevin zərbəsindən sonra qapıçıdan dönən topu Fuad Məmmədzadə tora göndərib. İlk yarı bu hesabla başa çatıb. 2-ci hissədə hücumlarını davam etdirən komandamız sürətli hücumla Turalı qapıçıyla üz-üzə qoydu. Kapitan isə topu tora göndərməkdə çətinlik çəkmədi. Az sonra vurduğumuz qolu isə görməyə dəyərdi. İlk qolun müəllifi Fuad baş üzərindən zərbəylə 3-cü qola imza atdı. Beləliklə, 17 yaşlılarımız 3:1 hesabıyla qələbə qazanaraq rəqibinə cari mövsüm ilk məğlubiyyətini yaşatdı.

Oyundan maraqlı fotolar FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=391&lang=1

 

Paylaş

// pop up