1/8 FİNAL: İLK DUEL - 1 : 2 . . .

single-news
21 Noy 2006

1/8 FİNAL: İLK DUEL - 1 : 2 . . .



"QARABAĞ" 1-2 "NEFTÇİ" Oyun başlayan kimi, Müşviq Hüseynovun yandan asması təhlükəli alındı. Bundan sonra meydanın mərkəzi uğrunda mübarizə hissənin ortalarına qədər davam etdi. Qonaqların isə ilk təhlükəli hücumu qolla nəticələndi. Cərimə zərbəsindən asmanı daha tez topa çatan Fərrux İsmayılov qapımızdan keçirdi - 0:1. Buna cavab olaraq 19-cu dəqiqədə Aslanın zərbəsini qapıçı tuta bildi. Az sonra Romalın dörd futbolçunun bir hərəkətlə keçidi tamaşaçı alqışı ilə müşahidə olundu. 34-cü dəqiqədə Elmirin künc zərbəsindən Kənana ötürməsi təhlükəli alındı. Kənanın zərbəsi isə qapıdan aralı keçdi. 36-cı dəqiqədə isə cərimə xəttinin üstündən Kənanın cərimə zərbəsi canlı səddə dəydi. Hissənin sonunda isə Romal Hüseynov Aslan Kərimovun ötürməsindən sonra mükəmməl zərbə ilə qapını nişan aldı. Zərbə qapının azacıq üstündən keçdi... İkinci hissədə ən təhlükəli epiozodu da ilk olaraq ""Qarabağ" yaratdı. Müşviq Hüseynov rəqibin bir neçə futbolçusunu arxada qoyaraq cərimə meydançasında ötürmə əvəzinə zərbə vursaydı heasab bərabərləşə bilərdi. Lakin o ötürmə etdi ki, yaranmış qarmaqarışıqlıqdan qonaqlar təhlükəni sovuşdura bildilər.59-cu dəqiqədə Slobodanın ötürməsindən sonra Aslanın zərbəsi qapıya yönəlsə də, Kənan topun istiqamətini dəyişdi və top yandan çıxdı. Əvəzində "Neftçi" əks hücumda hesabı 2:0 etdi. Zaur Tağızadə fərqləndi. Bundan bir dəqiqə sonra Samir Abbasov mükəmməl oyun və zərbə ilə hesab arasındakı fərqi azaltdi - 2:1. Matçın sonları tamamilə komandamızın diqtəsi altında keçsə də, qol vurmamaq hesabın dəyişməməsinə gətirib çıxardı. Cavab oyunu Dekabrın 3-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş