1/8 FİNAL: İLK OYUN GÜNÜ . . .

single-news
21 Noy 2006

1/8 FİNAL: İLK OYUN GÜNÜ . . .



Azərbaycan Kubokunun 1/8 finalında ilk oyun günü arxada qaldı. Dörd matçın olması planlaşdırılan gündə "Gilan" - "Bakı" oyunu hava şəraitinin uyğun olmaması səbəbindən bir gün sonraya keçirildi. Digər üç oyunda isə gözlənilən nəticələr qeydə alındı. Belə ki, Lənkəranda "Xəzər Lənkəran" "Bakılı"nın qapısından dörd cavabsız top keçirdi. "Gənclərbirliyi" isə İmişlidə "MKT Araz" komandasının ikinci komandasını 1:2 hesabı ilə məğlub etdi. Eyni hesab Qusarda qeydə alındı. Burada "İnter" "Şahdağ"ı çətinliklə məğlub etməyi bacardı- 2:1. Digər oyunlar bu gün keçiriləcək. Komandamız Suraxanıda "Neftçi"ni qəbul edəcək...

Paylaş