1/8 FİNAL : QARŞILAŞACAQ CÜTLƏR
24 İyn 2006
1/8 FİNAL : QARŞILAŞACAQ CÜTLƏR
Dünya Çempionatında bütün qruplarda üçüncü tura yekun vuruldu. Beləliklə də, 1/8 finalda qarşılaşacaq cütlərə aydınlıq gəlib...
"H" qrupunda İspaniya 1/8 finala vəsiqəni təmin etdiyindən Səudiyyə Ərəbistanı ilə oyunda rəqibə vurduğu 1 qolla kifayətlənib.
Əsas diqqətlər isə Ukrayna və Tunis arasında keçirilən oyuna idi. Məhz bu oyundakı qələbə komandaları 1/8 finala vəsiqə verirdi. Bunu öhdəsindən isə Avropalılar gələ bilib. Şevçenkonun qolu Ukraynanı qrup ikincisi kimi növbəti mərhələyə çıxarıb.
Bun klubların rəqiblər isə "G" qrupunda müəyyənləşib. Fransa Toqo millisi ilə oyundan 2:0 qələbə ilə ayrılaraq adını 1/8 finala yazıb.
İsveçrə isə qrup lideri kimi növbəti mərhələdə Ukrayna ilə qarşılaşacaq.
Beləliklə aşağıdakı cütlər növbəti mərhələdə üz-üzə gələcəklər:
ALMANİYA - İSVEÇ
İNGİLTƏRƏ - EKVADOR
ARGENTİNA - MEKSİKA
PORTUQALİYA - NİDERLAND
İTALİYA - AVSTRALİYA
BRAZİLİYA - QANA
İSVEÇRƏ - UKRAYNA
FRANSA - İSPANİYA