1/8 FİNAL... RƏQİBİMİZ “BAKILI”...
1/8 FİNAL... RƏQİBİMİZ “BAKILI”...
Bu gün saat 13:00-da AFFA-nın inzibati binasında baş tutmuş püşkatma mərasimindən sonra 1/16 və 1/8 final mərhələsində qarşılaşacaq cütlüklərin adlarına aydınlıq gəlib.
Ölkə Kubokunun 1/16 mərhələsində cəmi 4 komanda yarışacaq. Sentyabr ayında baş tutması planlaşdırılan qarşılaşmalar bunlardır : ABN Bərdə - Spartak və Anşad Petrol – Qafqaz Universiteti cütlükləri olacaq.1/8 finalda isə aşağıdakı komandalar mübarizə aparacaqlar:
“İnter” – “Standart”
“Qəbələ” – “Turan”
“Olimpik” – “Karvan”
“Xəzər-Lənkəran” – NBC
“Qarabağ” – “Bakılı”
“Neftçi” – MOİK
Yerdə qalan iki komanda – yəni “Simurq” 1/16 finalda mübarizə aparacaq ABN Bərdə - Spartak cütlüyünün qalibi ilə, “Bakı” isə “Anşad Petrol” – “Qafqaz Universiteti” cütlüyünün qalibi ilə üz-üzə gələcək.
Maraqlıdır ki, "Qarabağ" 1/8 finalda qarşılaşacağı "Bakılı"yla cari birinciliyin ilk turunda üz-üzə gəlmişik. Komandamız görüşdən 2:1-lik qələbəylə ayrılıb.
Onu da qeyd edək ki, komandamız 1/8 finalda “Bakılı”ya qalib gələrək növbəti mərhələyə yüksəlməyə müvəffəq olarsa ¼ finalda “Qarabağ”ın rəqibi “Neftçi” – MOİK qarşılaşmasının qalibi olacaq.