18 FİNALIN BİR ADDIMLIĞINDAYIQ

26 Okt 2004
18 FİNALIN BİR ADDIMLIĞINDAYIQ
Oktyabrın 27-də futbol üzrə Azərbaycan kubokunda 116 final mərhələsinin cavab görüşləri keçiriləcək. Həmin gün komandamız paytaxtın «Ədliyyə-2» klubu ilə qarşılaşacaq. Oyun saat 15-də Suraxanı qəsəbəsindəki T. İsmayılov adına stadionda olacaq. Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun «Qarabağ»ın 4-1 hesablı qələbəsi ilə başa çatmışdı. Mərhələnin digər oyunlarında qarşılaşacaq rəqiblər:
«Bakılı» – «Göyçə»
«İnter» – «Gənclik-95»
MOİK – «Şahdağ-Samur»
«Karvan» - «Energetik»
«Şəfa» – «Xəzər-Lənkəran-2»
«MKT-Araz» – «Viləş»
«Turan» – «Ədliyyə»
«Kəpəz» – «AMMK»
«Şəmkir» - «Anşad Petrol»