18 oktyabr Müstəqilliyin Bərpası Günüdür
18 Okt 2024
18 oktyabr Müstəqilliyin Bərpası Günüdür
Bu gün – 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 33 il əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edib. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günüdür.
"Qarabağ" Futbol Klubunun kollektivi Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edir, müstəqilliyimizin əbədi olmasını arzulayır.