19 il sonra gələn qələbə. VİDEO
19 il sonra gələn qələbə. VİDEO
`Qarabağ`ımız daha bir dastan yazdı!!! Ötən mövsüm Azərbaycanımızı ayağa qaldıran komandamız `Qarabağ` cari ilə də fırtına kimi başladı, Azərbaycanda rekord qoymadı. 19 illik futbol tariximizdə ilk dəfə olaraq Avrokuboklarda böyükhesablı qələbənin memarı məhz `Qarabağ` oldu. Qurban Qurbanovun başçılıq etdiyi komanda 45 dəqiqə ərzində azlıqda oynamasına baxmayaraq rəqib qapısına 2 (!!!) top vuraraq `Qarabağ` fərqini bir daha göstərdi...
Qol şousu 26-ci dəqiqədə açıldı. Adamiyanın növbəti driblinqi kobudluqla dayandırılmasına səbəb oldu və Rəşad Sadıqov penaltini dəqiq yerinə yetirdi. Ardınca ərazi üstünlüyünü rəqibə verən komandamız 45-ci dəqiqədə rəqibə daha bir zərbə vurdu. Rəşadın fantastik ötürməsinə Əfran soyuqqanlıqla nöqtə qoydu.
2-ci yarıda olduqca sakit xarakteri və səliqəli Admir Teliyə oyunboyu `Qarabağ`a qarşı haqsız qərarlar verən hakim tərəfindən birbaşa qırmızı vərəqə göstərilsə də həmin gün `Qarabağ` qarşısıalınmazdı. 85 və 90-cı dəqiqələrdə Emin və Adamiya vurduğu qollarla hesabı 4:0-a gətirdi. Sonda buraxılan qol isə `Qarabağ`ımızın böyükhesablı qələbəsini əngəlləmədi.
Yaxşısı budur, özünüz izləyin...
Bütün QOLLAR-ı izləyin...