1988-1989-CU İL TƏVƏLLÜDLÜLƏR , AZƏRBAYCAN BİRİNCİLİYİ: "NEFTÇİ-2" 0 : 2 "QARABAĞ-2"

single-news
24 Okt 2005

1988-1989-CU İL TƏVƏLLÜDLÜLƏR , AZƏRBAYCAN BİRİNCİLİYİ: "NEFTÇİ-2" 0 : 2 "QARABAĞ-2"



2005-06-cı il mövsümündə Güclülər dəstəsində yarışan FK-nın nəzdində uşaq komandaları arasında Azərbaycan birinciliyində növbəti turun oyunları keçirildi. 1988-89-cu il təvəllüdlülər arasında yarışda "Qarabağ-2" rəqib meydançasında "Neftçi-2"nin qonağı oldu. Matç başlayan kimi irəli atılan "Qarabağ-2" 5-ci dəqiqədə hesabı açdı. Fərdi ustalığı ilə rəqibin bir neçə oyunçusunu geridə qoyan Orxan Bəşirov 18 metrlik məsafədən mükəmməl zərbə ilə hesabı açdı. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissədə birinci hissənin analoqu oldu. Matçın 56-cı dəqiqəsində yenə Orxan Bəşirovun fərdi reydinin qarşısı kobudluqla alındı. Lakin hakim 11 metrəlik cərimə zərbəsi verməkdə tərəddüd etdi. Buna baxmayaraq "Qarabağ-2" 87-ci dəqiqədə Əfran İsmayılovla hesab arasındakı fərqi artırdı. Beləliklə, "Qarabağ-2" çətin səfər mücadiləsindən qələbə ilə ayrıldı. İlk oyunda "Olimpik"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" gəncləri qrupa inamla liderlik edir. Komandamızın Baş Məşqçisi Elşad Xudadatovun oyun haqqında fikirləri: "Komandamın oyunundan razıyam. Uşaqlar gözəl oyun nümayiş etdirdilər və bunun da nəticəsində layiqli qələbə qazandılar. Bundan sonrakı turlarda da "Qarabağ-2" gözəl oyun göstərərək ilk dövrəni lider kimi başa vurmaq əzmindədir."

Paylaş