1988-89-CU İL TƏVƏLLÜDLÜLƏR, ÖLKƏ BİRİNCİLİYİ: "QARABAĞ" LİDERDİR !

single-news
1 Noy 2005

1988-89-CU İL TƏVƏLLÜDLÜLƏR, ÖLKƏ BİRİNCİLİYİ: "QARABAĞ" LİDERDİR !



Güclülər dəstəsində yarışan futbol klublarının nəzdində olan uşaq komandaları arasında ölkə birinciliyində III turun oyunları keçirildi. 1988-89-cu il təvəllüdlülər arasında yarışda "Qarabağ" "OMİK"i qəbul etdi. Oyuna hücumlarla başlayan komandamız yalnız 20-ci dəqiqədə hesabı açdı. Topu rəqib qapısından Polad Kərimov keçirdi. 23-cü dəqiqədə isə Yasin Yaqubov Fuad Səlimovun uzun reydindən sonra ötürməsini məntiqi sonluqla başa çatdırdı- 2:0. İkinci hissə başlayan kimi "OMİK" hesab arasındakı fərqi azaltdı- 2:1. Bu qol isə, "OMİK"in "Qarabağ" qapısı qarşısında yaratdığı son hücum oldu. Bundan sonra "Qarabağ" bir qapı qarşısında keçirdiyi oyunda daha beş dəfə fərqlənərək hesabı rəqib üçün biabırçı həddə çatdırdı - 7:1. Qrupun digər qarşılaşmalarında "İnter" - "Bakı" matçı 0:0, "Olimpik" - "Neftçi" matçı isə meydan sahiblərinin 2:0-lıq üstünlüyü ilə başa çatmışdır. Bu turdan sonra "Qarabağ" maksimum - 3 oyundan 9 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyici olan "İnter"in isə cəmi 5 xalı var. 1990-91-ci il təvəllüdlü yeniyetmələrin çempionatında da "Qarabağ" "MOİK"lə qarşılaşaraq, onların qapısından üç cavabsız top keçirmişlər. Bu yaş qrupunda "Qarabağ" 3 xalla 3-6-cı yerləri bölüşdürür.

Paylaş

// pop up