2 çalışmayla başladıq

single-news
24 Fev 2010

2 çalışmayla başladıq



`Qarabağ`ımız artıq `6`-lıq üçün hazırlıqlara başlayıb. Bu gün 3 günlük fasilədən sonra bazaya yığışan komandamız artıq ilk məşqini edib. 9  futbolçumuzun millinin heyətinə çağrılmasına görə əvəzedici heyətdən də əsas komandaya bir  neçə futbolçu dəvət edilib. Suraxanı qəsəbə stadionunda baş tutan məşq 90 dəqiqə davam edib. Millinin düşərgəsində olan futbolçularla yanaşı zədəli futbolçularımızdan da xoş xəbər var. Belə ki, `Xəzər-Lənkəran`la  oyunda zədələnən Emin İmaməliyev fərdi olaraq qaçışlara başlayıb. Tural İsgəndərov və Qara Qarayev isə zədədən sonra bərpa olunmaqdadırlar.  Türkiyədəki təlim-məşq zamanı zədələnən Georgi Adamiya isə artıq ideal vəziyyətdədir və kollektivlə çalışmalarda iştirak edir. Komandamızın digər legioneri Admir Teli isə fasilədən yararlanaraq vətəninə yola düşüb. Albaniyalı bu gün paytaxtımıza geri dönəcək.

Komandamızın 2-ci məşqi bazada baş tutacaq. Futbolçularımız futnes zalında trenajorda `işləyəcəklər`.

Paylaş

// pop up