2 fərqli heyətlə 2 fərqli nəticə
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
2 fərqli heyətlə 2 fərqli nəticə
`Qarabağ`ımız Antalyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxdı. Rəqib Avstriya çempionatında hazırda liderlik edən `Rid` idi. Rəqibin ad-sanına baxmyaraq komandamız ilk dəqiqələrdən oyuna nəzarəti əlinə alaraq təhlükəli həmlələr etməyə başladı. Elə ilk cəhddəcə hesabı açdıq. Əfranın asmasını Rauf mükəmməl baş zərbəsi ilə qapıdan keçirdi. İlk yarı boyunca topa nəzarəti əldə saxlayan komandamız daha 2 dəfə qola yaxın olsa da bir dəfə Adamiiya, bir dəfə də Rauf dəqiq oynamadı. Əvəzində rəqibə fərqlənmək üçün imkan yaratmadıq.
2-ci yarıya komandamız köklü dəyişikliklə başladı. 7 dəyişikliyi birbaşa edən baş məşqçimiz Qurban Qurbanov bir saatın tamamında bütün komandanı artıq dəyişmişdi. Belə də rəqib elə də ciddi həmlələrlə yadda qalmasa da əldə etdiyi imkanlardan maksimum yararlandı. Belə də 2 fərqli hissəylə oynadığımız oyun fərqli hesabla baş çatdı.
Oyundan maraqlı görüntülər FOTOQALEREYA bölümündə...
http://qarabagh.com/1987/?name=photoview&phid=404&lang=1
Oyunu anbaan izləyə bilərsiz:
http://qarabagh.com/1987/shownews.php?news_id=10052&name=newsread&lang=1