2 futbolçumuz icarəyə göndərildi

15 İyn 2014
2 futbolçumuz icarəyə göndərildi
`Qarabağ`ımız 2 gənc futbolçusunu icarəyə verib. Çempionlar liqasının II təsnifat mərhələsinin hazırlıqlarını davam etdirən komandamız 2 futbolçusunu AZAL-ın düşərgəsinə göndərib. Müdafiəşi Eltun Yaqublu və yarımmüdafiəçi Təmkin Xəlilzadə daha çox oyun praktikası qazamaq üçün 1 il müddətinə icarəyə verilib. 21 yaşlı Təmkin `Qarabağ`ın yetirməsidir. 22 yaşlı Eltun isə 3 ildir `Qarabağ`dadır.