2 gün sonra başladıq
13 Avq 2010
2 gün sonra başladıq
`Qarabağ`ımız yenidən məşqlərə başlayır. Avropa Liqasında play-off mərhələsində Borussiya` Dortmundun qonağı olacaq komandamız bu gündən etibarən hazırlıqlara başlayır. Komandamızın baş məşqçisi Qurban Qurbanov komandaya 2 günlük istirahət vermişdi. Millimizlə yanaşı Andrey Rubins Latviya millisinin heyətindən geri dönərək düşərgəyə qoşulub. Digər milli üzvü Ansi Aqolli isə sabah səhər tezdən Bakıda olacaq.
Komandamızın bu günki yeganə çalışması 19:30-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. Komandamız daha 2 gün mərkəzi arenada çalışacaq. Avqustun 16-sı isə `Qarabağ` Almaniyaya yollanacaq.