2 günə 2 matç
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
30 Yan 2013
2 günə 2 matç
`Qarabağ`ımızın Antalyada keçirdiyi təlim-məşq toplanışı sona yaxınlaşır. Dünən `Turnovo` ilə sayca 4-cü hazırlıq matçına çıxan `Qarabağ`ımız günü tək məşqlə keçirib. 11-də baş tutan çalışmada dünən axşam əsas millinin düşərgəsinə yollanan 5 futbolçu (Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseyinov, Vüqar Nadirov, Vaqif Cavadov) iştirak etməyib.
Fevralın 3-nə kimi qardaş ölkədə qalacaq komandamız daha 2 yoxlama oyunu keçirəcək. `Qarabağ`ımız fevralın 1-i və 2-də ardıcıl 2 görüşə çıxacaq.
Komandamız ayın ilk günündə `Zestafoni`, ertəsi gün isə Moldova təmsilçisi `Tiraspol`la qarşılaşacaq. Hər 2 oyunun başlama saatı 15:00-a nəzərdə tutulub. Görüşlər Bələkdə, `İC Santai`nin futbol meydançasında baş tutacaq.