2 günlük istirahət başa çatdı
20 Apr 2010
2 günlük istirahət başa çatdı
`Qarabağ`ımız yenidən hazırlıqlara başlayıb. Şənbə günü `Bakı`yla qarşılaşdıqdan sonra paytaxta dönən komandamız 2 günlük aradan sonra yenidən məşqlərə start verib. Adətən matçsonrası 1 çalışmayla kifayətlənən komandamız 2 günlük istirahət səbəbi millinin təlim-məşq toplanışından dönən futbolçuların yorğunluğu ilə bağlıdı. Səhər çalşşması bazada baş tutub. Futbolçular trenajor zalında çalışıblar. Günün ikinci məşqi isə Suraxanı qəsəbə stadionunda keçiriləcək.
Məşqlərdə mövsümü bitirən Rəşad Sadiqov iştirak etmir. Aftandil Hacıyev, Namiq Yusifovun isə müəyyən ağrıları var. Vüqar Nadirov isə fərdi məşqlərə başlayıb.
Komandamız Aprelin 24-ündə `Qəbələ`ni qəbul edəcək.