2 İl məğlub olmadan. Statistika

single-news
20 Noy 2009

2 İl məğlub olmadan. Statistika



Bazar günü`Qarabağ`ımız `Olimpik`lə prinsipial mücadiləyə çıxacaq. Tərəflər qarşılaşması hər zaman gərginlik vəd edib.  Bəs görəsən, `Qarabağ` - `Olimpik` qarşıdurmasının tarixi nə vəd edir? `Qarabağ`ımız `Olimpik`lə 4 çempionatda münasibətləri aydınlaşdırmalı olub. Arxada qalan 8 görüşdə  isə komandamızın ümumi balansda üstünlüyü diqqəti cəlb edir. 20052006 mövsümündə komandalar ilk dəfə “Şəfa” stadionunda üz-üzə gəlib. Vidadi Rzayev hesabı açsa da (yeri gəlmişkən, bu “Olimpik”in Azərbaycan çempionatları tarixində vurduğu ilk qol oldu) komandamız 2 dəfə fərqlənərək qələbə qazanmışdı. Arada iki dəfə heç-heçə qeydə alınsa da,  son görüş komandamızın üstünlüyü ilə bitib. Top fərqində də rəqibi üstələyirik. Vurduğumuz 7 qola rəqib 5-iylə cavab verə bilib. Ümumiyyətlə, “Qarabağ” “Olimpik”ə cəmi bir dəfə qələbə sevinci dadmağa imkan verib. 2006-2007 mövsümünün ilk yarısında baş tutmuş matç zamanı minimal hesablı məğlubiyyət hələlik sonuncu olub. Cari birinciliyin 2-ci turunda isə `Olimpik`i doğma meydanda qəbul etmişdik. Abdullayevin yetirmələri hesabda önə çıxsa da, Nidal Ferhatoviç son dəqiqədə vurduğu qolla hərəyə bir xal nəsib etmişdi. Cavab oyununda isə Zaur Ramazanovun vurduğu qol komandamıza qələbə gətirmişdi.

Beləliklə, `təyyarəçi`ləri indiyə kimi 4 dəfə məğlub etmişik, 3 oyunda heç-heçə qeydə alınıb və 1 oyunda isə məğlub olmuşuq. Və bu məğlubiyyətdən 2 il keçir. Rəqibi 9 dəfə oyuna mərkəzdən başlamağa məcbur etmişiksə, qapıçılarımız eyni işi 6 dəfə görməyə məcbur olub.

Qarşılaşma ilə bağlı digər maraqlı məqam isə tərəflərin son 6 qarşılaşmasında 2-dən artıq qolun vurulmamasıdır.

İndi isə tərəflər 9-cu dəfə qarşı-qarşıya gələcək. Görəsən, ənənə pozulacaqmı?

Paylaş

// pop up