2 məşqlə `Borussiya` üçün...

single-news
23 Avq 2010

2 məşqlə `Borussiya` üçün...



`Qarabağ`ımız `Borussiya` ilə oyunun hazırlarına başladı. Dünən premyerliqa çərçivəsində MOİK-in qonağı olan `Qarabağ`ımız 1:0-lıq qələbənin ardından bu gündən Avropa Liqasının pley-off matçının hazırlığına start verdi. Bu gün səhər Suraxanı qəsəbə stadionunda baş tutan çalışmada MOİK-lə görüşdə meydana az çıxan və ümumiyyətlə çıxmayanlar iştirak ediblər. Axşam saat 19:30-da yenidən Suraxanıda baş tutan çalışmada isə bu dəfə bütün komanda iştirak edib. Məşqlərdə bütün futbolçular iştirak etsə də, müvafiq olaraq `Borussiya` və MOİK oyunlarında zədələnən Admir Teli və Elvin Məmmədov elə də çox `yüklənməyib`.  Admir belindən, Elvin isə topuğundakı yüngül zədədən əziyyət çəkir.
Sabahdan isə komandamız məşqlərini oyunun baş tutacağı  Tofiq Bəhramov adına respublika stadionunda keçirəcək.

Paylaş

// pop up