2 məşqlə davam

single-news
28 Yan 2012

2 məşqlə davam



`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir.  Dünən Rumıniya `Vaslui` ilə yoxlama oyunu keçirən komandamız bu günə yenə 2 məşq planlaşdırıb. İlk məşqimiz 11:00-da baş tutub.  Axşam məşqi isə eyni vaxtında – 18:00-da olacaq.
Komandamızda İstanbulda müalicə olunan Əfran İsmayılov və Qara Qarayevl ə yanaşı daha bir futbolçumuz sıradan çıxıb. Eyni səbəbdən `Vaslui`ylə oyunu buraxan Fərhad Vəliyev 3-4 gün `dincəlməli` olacaq.
Bu arada komandamızın düşərgəsinə baxışa gələn legionerlər geri göndərilib.  Dmitri Rekiş `Rid`lə oyundan sonra  yola salınmışdısa,  onunla birgə gələn İqor Juqoviç və dünənki 1 oyunda yoxlanılan Nasser Minassel geri göndərilib.

Paylaş

// pop up