2 məşqlə
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5410.jpg)
11 Okt 2011
2 məşqlə
`Qarabağ`ımız ` Rəvan`la oyunun hazırlıqlarını davam etdirir. Bazar günü çempionatın debütantını sınağa çəkəcək komandamız bu gündən 2 hazırlığa start verib. Baş məşqçimiz Qurban Qurbanovun `pro` kateqoriyalı məşqçi kursundan geri döndükdən sonra dünən komanda istirahət edib.
Bu gün komandamızın ilk məşqi Suraxanı qəsəbə stadionunda baş tutub. Milli oyunçular məlum səbəbdən məşqdə iştirak etməyib. Dünən U-21-in düşərgəsindən dönənlərdən Tural İsgəndərov sadəcə qaçmaqla kifayətlənib. Osman Umarov və Kamil Hüseynov məşqdə iştirak etsə də, belçikalılarla oyunda zədələnərək sıradan çıxan Qara Qarayev isə çalışmadan kənarda qalıb. Qaranın durumunun o qədər də ciddi olmadığı güman olunur. Eyni zamanda dekabra qədər sıradan çıxan Emin İmaməliyev də məşqlərə qatılmır.
Komandamızın 2-ci məşqi 17:00-a Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub.