2 `Qarabağ`lı ilə daha 2 il

single-news
11 May 2013

2 `Qarabağ`lı ilə daha 2 il



`Qarabağ` Futbol Klubu yeni mövsüm üçün transfer siyasətinə artıq start verib. `Qarabağ`ımız müqaviləsi başa çatan futbolçularımızla danışıqları başa çatdırmaq üzrədir. Artıq `Qarabağ`ımız 2 yetirməsiylə müqaviləsini uzadıb. `Qarabağ`ın yetirmələri olan Vüqar Nadirov və Maksim Medvedev komandamızla yeni müqaviləyə imza atıblar. 26 yaşlı Vüqar və 24 yaşlı Maksimlə saziş müddəti daha 2 illiyə uzadılıb.
Qeyd edək ki, Vüqar Nadirov karyerasına 2001-ci ildə `Qarabağ`da başlayıb. 2005-ci ildə komandamızın sıralarını tərk etsə də, 2009-cu ildə yenidən doğma komandasına qayıdıb. Maksim isə karyerası boyunca sadəcə `Qarabağ`da top qovub. 2007-ci ilin əvvəlində `Qarabağ`da ilk oyununa çıxan müdafiəçi o vaxtdan əsas heyətin futbolçusu statusunu daşıyır.

Paylaş

// pop up