2 `Qarabağ`lı millisinə dəvət aldı
26 İyl 2010
2 `Qarabağ`lı millisinə dəvət aldı
`Qarabağ`ımızın 2 üzvü millisinə dəvət alıb. Yeni transferlərimiz Ansi Aqolli və Andrey Rubins Avqustun 11-ində keçiriləcək yoldaşlıq oyunlarına çağrılıb. Klubumuzun düşərgəsinə daxil olan faksda göstərilir ki, Andreyin Liberets şəhərində baş tutacaq Çexiya - Latviya, Aqolli isə Albaniya - Özbəkistan oyununda millisinin şərəfini qorumalıdır. Hər 2 futbolçunun millinin düşərgəsinə Avqustun 8-ində qoşulması qeyd olunub. Avqusutun 12-si isə futbolçular klubun düşərgəsinə dönməlidirlər.