2 (QƏLƏBƏ) + 2 (QOL) + 2(VİKTOR) = 6 XAL

single-news
23 Sen 2007

2 (QƏLƏBƏ) + 2 (QOL) + 2(VİKTOR) = 6 XAL



“Turan”ı da devirdik. “Qarabağ”ın qarşısını kəsmək artıq problemə çevrilir. Çətin Tovuz səfərindən komandamızın əla oyunu nəticəsində 3 xalla döndük.

Bəribaşdan qeyd edək ki, baş məşqçimiz Rasin Kara “qalib heyəti dəyişməzlər” prinsipinə əsasən ötən turla müqayisədə sadəcə 2 dəyişiklik etmişdi. Yüngül zədəsi  olan Qoqa Berayanın yerinə Əfran İsmayılov, cəza səbəbindən isə Ayxan Abbasovu Viktor İbokoyi əvəzləmişdi.

Oyunda ilk təhlükəli vəziyyəti komandamız yaratdı. Asaln Kərimov cərimə meydançasında topa dəqiq zərbə vura bilmədi. Kənan Kərimov və Viktor İbekoyinin zərbələri isə qapıçı dəf edə bildi. Lakin 20-ci dəqiqədə “ev” sahibləri ötən il “Tovuz”un şərəfini qoruyan Viktor İbekoyinin qoluna əngəl ola bilmədi. Vaqif Cavadovun sağ cinahdan ötürməsini nigeriyalı forvard dəqiq tamamladı. Qoldan sonra meydanın mərkəzini rəqibə verən komandamız hissəsinin sonuna qədər “Turan”a heç bir şans vermədi.

Fasilədən sonra təşəbbüsü yenə ələ alan komandamız çox keçmədən hesabı yenidən dəyişə bildi. Künc zərbəsindən sonra Viktor qayıdan topu dəqiqliklə tora göndərdi.0:2. Bundan sonra meydanın mərkəzində gedən mübarizədə qol epizodu yaratmaq heç kimə müəssr olmadı. Lakin görüşün son 10 dəqiqəsində komandamız ən azı 2 dəfə hesabı böyük həddə çatdıra bilərdi. Lakin, öncə hüçuma qoşulmuş Maksim Medvedevin zərbəsi müdafiəçiyə tuş gəldi. Bir neçə dəqiqə sonra isə Tagim Novruzov özü yaratdığı hücum sonunda Viktorun və Muradın zərbələrinin qapıçının dəf etməsi sonucunda boş qapı önündə dəqiq oynaya bilmədi.

Beləliklə, komandamız ardıcıl 2-ci qələbəsini qazandı.

Maçdan fotolara baxmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

FOTOQALEREYA

Ən yaxın zamanda oyunda vurulmuş qollara canlı baxa biləcəksiniz. Saytımızı izləməyə davam edin...

 


Paylaş

// pop up