2 qolla gələn 2-cilik, 2-ci dəfə 2 qələbə
19 Noy 2012
2 qolla gələn 2-cilik, 2-ci dəfə 2 qələbə
`Qarabağ`ımız premyerliqanın XIII turunda `Simurq`u qəbul etdi. Qarşılaşma turnir cədvəli baxımından da olduqca maraq kəsb edirdi. Belə ki, 3-cü sırada qərarlaşan komandamız qələbə qazanacağı təqdirdə bir üst pillədə yerləşən Zaqatala təmsilçisinin mövqeyinə yüksələcəkdi.
`Qarabağ`ımız oyuna məlum sistemlə çıxmışdı. Qapını Fərhad `qoruyarkən` arxa xəttin mərkəzində Admir Teli və Bədavi qərarlaşmışdı. Sağ cinahda İlqar, solda isə zədədən dönən Ansi Aqolli yer tutmuşdu. Ansinin oyuna xüsusi maskayla çıxdığınıda qeyd edək. Qara və Namiq ortada bir qədər öndə qərarlaşmış Riçarda dəstək verməliydilər. Hücum xəttinin solunda Muarem, sağında isə Vüqar sivri ucda qərarlaşmış Vaqiflə qol(lar) axtarmalıydı.
`Qarabağ`ımız oyuna üstün başladı. Rəqibin meydanın öz yarımhissəsinə çəkilməsiylə topa nəzarəti əldə saxlayan komandamız İlqarla qola yaxın olsa da, Qurbanovun zərbəsi qapının üstündən keçdi. Rəqibin sıx müdafiəsini yarmaqda çətinlik çəksək də oyunun gedişatı qolun yetişdiyini gözləyirdi. Belə məqamda Riçard künc zərbəsi zamanı geri dönən topu cərimə meydançasına göndərdi. Topa heç kimə toxunmayaraq tora daxil oldu. Bu Riçardın cari mövsüm 5-ci qolu idi. Yarım saatdan az sonra komandmız 2-ci qola sevindi. Qaranın uzun ötürməsi sonra rəqib müdafiəçi İlqarı qabaqlayaraq topu öz qapısına göndərdi. 2:0-dan sonra komandamız daha rhat oynamağa başladı. Buna baxmayaraq 3-cü qolu vurmaq mümkün olmadı və tərəflər fasiləyə bu hesabla yollandı.
2-ci yarıya qonaqlar daha üstün başladı. `Qarabağ`ın `Simurq`da icarədə olan futbolçusu Murad Səttarlı dirəyin möhkəmliyini `yoxladı`. Popoviçin zərbəsinə isə Fərhad əla reaksiya göstərdi. Bu 2 epizoddan sonra oyun sakitləşdi və bu məqamda meydana yan hakim `çıxdı`. Belə ki, cərimə meydançamıza asma zamanı top Admir Telinin çiyninə dəyib geri qaytdı. Hər kəs normal oyun epizodu kimi görüşə davam etdiyi zaman yan hakim penalti işarəsini bildirdi. 1 saatın tamamında hesab arasında fərq azalsa da, bu görüşdə baş qol olmadı və `Qarabağ`ımız qələbə sayəsində xallarını 20-yə yüksəltdi və 2-ci pilləyə yüksəldi.
`Qarabağ`ımız bununla cari mövsüm 2-ci dəfə ardıcıl 2-ci qələbəsini qazandı (ötən tur AZAl 2:0)). Buna qədər 2 və 3-cü turlarda `Neftçi` (1:0) və `Sumqayıt` (6:1) üzərində qələbə qeydə alınmışdı.