2:0-la qış çempionluğuna. Canlı

single-news
20 Dek 2013

2:0-la qış çempionluğuna. Canlı



01- Oyun başladı.
05- `Qarabağ`ımız hücum qurmağa cəhd edir.
06- `İnter`in qol cəhdi uğursuz olur.
11- Aqolli `İnter`in qapısına doğru zərbə endirsə də qolkiper topu tutmaqda çətinlik çəkmir.
19- `Qarabağ` hesabı açmağa yaxın oldu. Jumbinyonun zərbəsi qapının yanından keçir.
21- `İnter` cərimə zərbəsini yerinə yetirir. Nəticəsizdir.
22- Vaqif Cavadov küncdən  cərimə zərbəsi yerinə yetirir. `İnter` 2 qol şansı əldə etsə də Sehiç dəqiq oynayır.
24- Lomaya Nikonu qabaqlayır.
28- Sezar sarı vərəqə alır.
29-Jumbinyonun zərbəsi müdafiəçilərdən dönür.
30- Yarım saat geridə qaldı. Hesab hələ də açılmayıb.
35- Vüqarın cərimə zərbəsi müdafiəçilərdən dönür.
37- Riçardın zərbəsi qapıçıda qalır.
45- Ilk yarı başa çatdı.
46- Ikinci yarı başlayır.
51- `İnter` komandası əks hücum qurur. Vaqif  Cavadovun zərbəsini Sehic dəf edir.
54- `İnter`in heyətində ilk dəyişik olur.
55- Vüqar Nadirovun zərbəsini Lomaya dəf  edir.
56- Oyunda təzyiq artır.
58- QOOOOOOOOLLLLLLLL!!!! Vüqar Nadirov  müdafiəçilərin səhvindən yararlanaraq qapıçını da keçərək topu tora göndərir.
61-`İnter`in heyətində ikinci dəyişiklik olur.
64- Abdullaye sarı vərəqə alır.
64- `Qarabağ` cərimə zərbəsini yerinə yetirir.
65- QOOOOOOOOOOOOOOOOOOLLLLL!!! Riçard Almeyda cərimə  zərbəsini mükəmməl yerinə yetirir. `Qarabağ`ımız  2:0 öndədi.
71- Daha bir təhlükəli hücum amma son zərbəni vuran tapılmır.
76- `Qarabağ`ın heyətində dəyişiklik olur. Gelaşvilinin yerinə Leroy Corc meydana daxil olur.
81- `İnter` real qol imkanını əldən verir. Əmircanov boş qapıya topu göndərə bilmir.
82- Almeydanın yerinə Namiq Yusifov oyuna daxil olur.
86- İlqar Qurbanovu İlqar Qurbanov əvəzləyir.
90- İkinci yarım hissəyə 4 dəqiqə əlavə olunur.
90+4- `Qarabağ`ımız 2:0 hesabı ilə qalib olur. Və komandamız bununla qış fasiləsinə lider yollanır

Paylaş

// pop up