20 Yanvar qurbanlarının xatirəsi yad edilib

single-news
20 Yan 2020

20 Yanvar qurbanlarının xatirəsi yad edilib



Bu gün "Qarabağ"ımızın məşqi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini 1 dəqiqəlik yad etməklə başlayıb. Daha sonra baş məşqçimiz Qurban Qurbanov futbolçulara faciə haqqında ətraflı məlumat verib. Baş məşqçimiz ölkəmizin əvvəllər Sovet İttifaqının tərkibində olmasını, daha sonra 30 il öncə bu gün yüzlərlə dinc sakin yalın əllə tankların qarşısına çıxaraq öz canlarını gələcək müstəqil Azərbaycan fəda etməsini bildirib. Və oyunçulara hansı klubda oynamalarını və Qarabağın Azərbaycan üçün nə demək olduğunu xatırladıb.

 

Paylaş