2009-2010 mövsümü mükaftlandırıldı. `Qarabağ` fərq atdı

single-news
23 Sen 2010

2009-2010 mövsümü mükaftlandırıldı. `Qarabağ` fərq atdı



`Qarabağ` mükafatları silib-süpürdü...

Ölkənin elitar məkanlarından hesab olunan `Yaxt klub`da Azərbaycan çempionatının 2009-2010 mövsümünün mükafatandırma mərasimi baş tutdu. Yüksək təşkilatçılıqla diqqəti cəlb edən tədbirə ötən mövsümün mükafatçıları ilə yanaşı birinci dəstənin ilk 3 yerin sahibləri də öz mükafatlarına sahib çıxdılar. Tədbirdə eyni zamanda AFFA rəhbərləri ilə yanaşı klub prezidentləri də iştirak edirdi.

Təmtəraqlı məclisdə ötən mövsüm Azərbaycan çempionatında fərqlənən oyunçular da öz mükafatlarını alacaqdı. Sevindirici haldı ki, `Qarabağ`ın oyunçuları mükafatların əksəriyyətinə sahib çıxdı. Bu haqda bir qədər sonra.

Tədbiri giriş sözü ilə AFFAının prezidenti Rövnəq Abdullayev açdı. Rövnəq bəy son illər Azərbaycan futbolunun inkişafı, ölkədə futbolun populyarlaşması haqqında danışaraq keçirilən tədbiri yüksək qiymətləndirdi. Ardınca isə müxtəlif KİV-lərin  vasitəsi ilə müəyyənləşmiş nominatların mükafatlandırma mərasimi başladı. İlk olaraq ötən mövsümün ən yaxşı qapıçısı elan edildi. `Qarabağ`ımızın və millinin qolkiperi Fərhad Vəliyev mükafatını AFFA icraiyə komitəsinin sədri Mirkamil Rəhimovdan aldı. Ən yaxşı müdafiəçi tituluna da `Qarabağ`ın müdafiəçisi sahib çıxdı. 21 yaşlı Maksim Medvedev  ən yaxşı müdafiəçi seçildi. Hal-hazırda `Eskişehirspor`un şərəfini qoruyan, ötən mövsüm `Qarabağ`ın uğurları üçün tər tökən Rəşad Sadıqov ən yaxşı yerli oyunçu seçildi. Rəşadın mükafatını komandamızın baş məşqçisi Qurban Qurbanov aldı. Mövsümün ən yaxşı futbolçusu isə Əfran İsmayılov seçildi. `Qarabağ`ımızın yarımmüdafiəçisi zədəsi səbəbindən Türkiyədə müalicə olunduğuna görə Əfranın mükafatını direktorumuz Əmrah Çəlikel aldı. `Qarabağ`ımızın mükafatı bununla yekunlaşmadı. Hücumçumuz Georgi Adamiyanın `İnter`ə vurduğu qol mövsümün ən yaxşısı seçildi.

Tədbirdə ən yaxşı yarımmüdafiəçi  və legioner tituluna `Bakı`dan uyğun olaraq Aleksandr Şoliç və Jaba aldı. Ən yaxşı hücumçu `Neftçi`dən Fərid Quliyev, mövsümün kəşfi isə eyni komandadan Araz Abdullayev seçildi. Ən yaxşı baş məşqçi adına  isə ötən mövsüm `Qəbələ`ni çalışdırmış Ramiz Məmmədov layiq görüldü.

Ardınca komandaların mükafvermə mərasimi keçirildi. Öncə birinci dəstənin nominatları öz mükafatlarını aldılar. Daha sonra premyer liqanın mükafatçıları - `İnter`, `Bakı`, `Qarabağ` medallarını aldılar.

Tədbirin rəsmi hissəsinin ardınca şou-proqramla məclis  iştirakçıları mövsümü qeyd etdilər.

Paylaş

// pop up