2010-2011 mövsümü: `Neftçi`, `Gəncə`, MOİK...
20 İyl 2010
2010-2011 mövsümü: `Neftçi`, `Gəncə`, MOİK...
2010-2011-ci il futbol mövsümü üçün Azərbaycan premyerliqası start götürür. Bu gün Peşəkar Futbol Liqasının mənzil-qərargahında yeni mövsümün püşkü atılıb. Çempionatın startındaca `Qarabağ`ımız derbi hərarəti yaşayacaq. Bütün çempionatların iştirakçısı olan `Qarabağ` və `Neftçi` Avqustun7-si və 8-nə təyin olunmuş turda qarşılaşmalıdır. `Qarabağ`ımız 2-ci və 3-cü turda liqanın debütantları `Gəncə` və `M0İK`lə üz-üzə gələcək.
İlk turun qarşılaşmaları:
`Turan` (Tovuz) - `İnter` (Bakı)
`Bakı` - AZAL (Bakı)
`Simurq` (Zaqatala) - `Gəncə`
MOİK (Bakı) - `Mugan` (Salyan)
`Xəzər-Lənkəran` - `Qəbələ`
`Neftçi` (Bakı) - `Qarabağ` (Ağdam)