2011-i `Qarabağ`lılar bitirdi
2011-i `Qarabağ`lılar bitirdi
Azərbaycan millisi 2011-ci ildə sonuncu beynəlxalq oyununu keçirib. Millimiz Albaniyada yerli komandanın qonağı olub. Oyuna yığımamız yaxşı başlayıb. 22-i dəqiqədə isə hesab açılıb. ``Qarabağ` maşını` işə düşdü, Rəşad Sadiqov mərkəzdə topu qəbul edərək 2 nəfəri keçərək digər `Qarabağ`lı Rauf Əliyev mükəmməl ara ötürməsi verdi, 22 yaşlı forvard da son zərbəni vurdu.
Fasilədən sonra da tərəflərin səylərinə baxmayaraq görüşdə hesab dəyişməyib - 1:0. Albaniya ilə 5-ci dəfə qarşılaşan millimiz Bakıda qalib gələ bilmədiyi rəqibini səfərdə məğlub edib.
11 noyabr
Beynəlxalq yoldaşlıq görüşü
21:00. Albaniya - Azərbaycan - 0:1
Qol: Rauf Əliyev, 22 (0:1)
Azərbaycanın start heyəti: Andrey Popoviç, Rail Məlikov, (Elnur Allahverdiyev, 55) Rəşad Sadiqov, Aleksandr Çertoqanov (Rahid Əmirquliyev, 88), Branimir Subaşiç (Elşən Məmmədov, 73), Rauf Əliyev, Vurğun Hüseynov, Ruslan Abışov (k), Vüqar Nadirov (Nizami Hacıyev, 63), Ufuk Budak, Vladimir Levin
Ehtiyat oyunçular: Aqil Məmmədov, Elnur Allahverdiyev, Murad Hüseynov, Elşən Məmmədov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Nizami Hacıyev, Arif İsayev
Albaniyanın start heyəti: İsli Hidi, Andi Lila, Armend Dallku, Lorik Kana, Ansi Aqolli, Yahmir Huka, Admir Teli, Hamdi Salihi, Elis Bakay, Odise Roşi, Eryon Boqdani
Ehtiyat oyunçular: Orges Şehi, Frank Veliu, Emilian Vila, Edmond Kapilani, Gilman Lika, Ahmed Yanuzi, Gereji Muzakka.