2012-ci ildэ `Qarabağ`ın ən yaxşısı...
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5759.jpg)
2012-ci ildэ `Qarabağ`ın ən yaxşısı...
Artıq 2012 geridə qaldı. Hər olduğu kimi `Qarabağ` Futbol Klubu ilin ən yaxşılarını seçdi. Ənənəvi olaraq sorğumuza klubun idari, texniki və inzibati heyəti qatıldı. Bizim səsverməmiz bir qədər standardlardan fərqlənir. 2012-də meydana çıxan 25 futbolçunun seçilmə imkanı vardı (2012-ci ilin ilk yarısında `Qarabağ`ımızda oynayanlar səsverməyə daxil edilməyib). Müəyyənləşmiş 25 futbolçu 25 ballıq şkalayla qiymətləndirilirdi. Yəni, 25-ə qədər xal 25 futbolçu arasında paylaşdırılmalıydı. Klubumuzun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alındı. Maraqlıdı ki, ilk pillənin sahibi gərgin mübarizə nəticəsində qələbə qazandı.
Ötən ilin qalibi Admir Teli və ilin 2-ci yarısında sürət yığan Vüqar Nadirov arasında gərgin mübarizə sonuncunun minimal hesablı qələbəsiylə sonuclandı. Ötən il bütün oyunlarda əvəzlənmədən meydanda olan Albaniyalı stopper, `Neftçi` və `Xəzər-Lənkəran`la oyunlarda vurduğu gözəl qollarla qələbə gətirən sağ cinah vingerinə məğlub oldu.
3-cü sırada isə yayda komandamıza transfer olaraq hər kəsin rəğbətini qazanan Riçard Almeyda tutdu.
4-cü yerdə Ansi Aqolli, 5-ci yeri isə Qara Qarayev tutub.
Bütün qaliblər
2008 - Maksim Medvedev
2009 - Vaqif Cavadov
2010 – Rauf Əliyev
2011 – Admir Teli
2012 – Vüqar Nadirov