2023-cü ilin son oyunu: “Zirə” ilə 33-cü duel

2023-cü ilin son oyunu: “Zirə” ilə 33-cü duel
“Qarabağ” 2023-cü ildə son oyununu bu həftə keçirəcək. Komandamız Misli Premyer Liqasının XVIII turunun matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri mövsümün ilk yarısının son turunda “Zirə” ilə görüşəcək.
“Qarabağ” bu qarşılaşmanı səfərdə keçirəcək. Zirədəki oyun iki komanda arasında Premyer Liqa çərçivəsindəki 33-cü duel olacaq. İndiyədək rəqiblər 32 dəfə üz-üzə gəlib.
Hesabında 20 qələbə olan Ağdam klubu 11 heç-heçə edib və yalnız bir dəfə meydanı xalsız tərk edib. 65 qol vuran futbolçularımız öz qapısından 16 top buraxıblar.
“Qarabağ” 16 səfər oyununda 12 qələbə əldə edib. Digər 4 matçda bərabərlik qeydə alınıb. Rəqib meydanında 41 qola imza atan futbolçularımız 6 top buraxıblar.
Qeyd edək ki, dekabrın 24-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Qarabağ” oyunu saat 18:30-da başlayacaq.
17.10.2015. Qarabağ - Zirə - 4:1
13.12.2015. Zirə - Qarabağ - 0:0
05.03.2016. Qarabağ - Zirə - 2:0
01.05.2016. Zirə - Qarabağ - 0:2
19.09.2016. Qarabağ - Zirə - 2:0
06.11.2016. Zirə - Qarabağ - 0:2
08.02.2017. Qarabağ - Zirə - 2:0
19.03.2017. Zirə - Qarabağ - 0:0
01.10.2017. Qarabağ - Zirə - 0:0
26.11.2017. Zirə - Qarabağ - 2:3
10.03.2018. Qarabağ - Zirə - 2:0
27.04.2018. Zirə - Qarabağ - 1:2
26.09.2018. Qarabağ - Zirə - 3:2
09.12.2018. Zirə - Qarabağ – 0:6
09.03.2019. Qarabağ - Zirə - 0:0
27.04.2019. Zirə - Qarabağ – 0:3
23.09.2019. Zirə - Qarabağ – 1:3
10.11.2019. Qarabağ – Zirə - 1:1
15.02.2020. Zirə - Qarabağ – 0:6
25.10.2020. Zirə - Qarabağ – 0:0
24.12.2020. Qarabağ - Zirə - 3:2
09.03.2021. Zirə - Qarabağ - 0:2
04.05.2021. Qarabağ - Zirə - 1:1
15.08.2021. Zirə - Qarabağ - 1:1
16.12.2021. Qarabağ - Zirə - 2:0
19.03.2022. Zirə - Qarabağ - 0:3
08.05.2022. Qarabağ - Zirə - 0:0
18.09.2022. Zirə - Qarabağ - 1:7
28.11.2022. Qarabağ - Zirə - 0:0
19.02.2023. Zirə - Qarabağ - 0:1
21.04.2023. Qarabağ - Zirə - 2:2
05.08.2023. Qarabağ - Zirə - 0:1