26-CI TUR: "NEFTÇİ" İLƏ "İNTER" SÜLHƏ RAZI OLDULAR

single-news
7 Apr 2005

26-CI TUR: "NEFTÇİ" İLƏ "İNTER" SÜLHƏ RAZI OLDULAR



26-cı turun ilk 4 qarşılaşması bu gün keçirilməli idi. Lakin "Turan" - "Göyəzən" matçı aprelin 9-na keçirildiyindən, bu gün yalnız 3 oyun keçirildi. Günün mərkəzi qarşılaşması "Neftçi" ilə "İnter" arasında keçirildi. Oyuna aktiv başlayan "İnter" 4-cü dəqiqədə D.Axtyamovun dəqiq baş zərbəsi ilə hesabı açdı. Bundan sonra da ilk yarının 20-ci dəqiqəsinə qədər üstünlük qonaqların tərəfində idi. Bundan sonra tədricən oyunu bərabərləşdirən "Neftçi" 31-ci dəqiqədə yaratdığı ilk qol vəziyyətindən yararlana bildi. Topu Z.Tağızadə vurdu... Bundan sonra hər iki komandanın real qol vəziyyətləri olsa da, Xəqani Məmmədovun final fiti heç-heçəni rəsmiləşdirdi: 1:1. Digər oyunlarda "Gəncə" "Bakılı"ya, "Şəmkir" isə "Şahdağ-S"-a 1:0 hesabı ilə qalib gələ bildi. Komandamız turun qarşılaşmasında "MOİK"lə aprelin 8-də saat 17:00-da "Şəfa" stadionunda qarşılaşacaq.

Paylaş