29 TUR: "BAKI" İKİ MATÇDA RƏQİB QAPISINDAN 13 TOP KEÇİRDİ.
25 Apr 2005
29 TUR: "BAKI" İKİ MATÇDA RƏQİB QAPISINDAN 13 TOP KEÇİRDİ.
Bu gün 29-cu tura start verildi. Şəfa stadionunda "İnter" "Gəncə"nın qapısından iki cavabsız top keçirərək aktivinə daha 3 xal əlavə etdi. "Xəzər-L" isə Lökbatanda "Karat"ı eyni hesabla məğlub etdi. "MOİK"lə çətin matçda isə "Turan" gölən tərəf oldu: 2:1. "Karvan" isə, Sumqayıtda "Gənclərbirliyi"nın qapısından iki cavabsız top keçirdi. Turun gözlənilməyən nəticəsi isə, "Bakılı" - "Bakı" matçında qeydə alındı. Hamı "Bakı"nın qələbə qazanacağına əmin olsa da, 7:2-lik hesabı heç kim düşünmürdü. Bununla da "Bakı" iki matçda rəqib qapısında 13 top keçirdi.
"Qarabağ" bu gün oynamadığından "Neftçi" xallara görə birinciliyə yüksəldi. "Qarabağ"- "Ədliyyə" matçı isə sabah keçiriləcək.