3-cü dəyişiklik
28 Okt 2009
3-cü dəyişiklik
Cari Azərbaycan premyer liqasında 3-cü məşqçi dəyişikliyi reallaşıb. Sumqayıtı təmsil edən `Standard` komandası birincilikdəki uğursuz çıxış səbəbindən baş məşqçi Valdas İvanauskasla yolları ayırmışdı. Belə də, `SS`-də yeni təyinat özünü çox gözlətməyib. 2006-cı ildə `Bakı`nı çempion etmiş Böyükağa Hacıyev bank təmsilçisinə rəsmən baş məşqçi təyin edilib. Qeyd edək ki, `Standard`a qədər `Neftçi` Böyükağa Ağayevin yerinə Vaqif Sadıqovu, `Bakı` isə Hacıyevskinin yerinə Bülent Korkmazı gətirmişdi.