3 il sonra yenidən eyni final
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5324.jpg)
3 il sonra yenidən eyni final
NBC Bank Azərbaycan kubokunun yarımfinal mərhələsində cavab oyunları keçirildi. İlk oyundakı minimal hesablı qələbə `Xəzər Lənkəran`ın bu oyunda məğlub olmasına baxmayaraq finala vəsiqə qazanmasına şərait yaratdı. `Bakı`nın ikinci topu vurduqdan sonra növbəti mərhələyə vəsiqə qazanma şansı olsa da paytaxt təmsilçisi lazım olan 1 qolu vura bilməyərək kubokla vidalaşmalı oldu. Xatırladaq ki, ötən mövsüm Azərbaycan kubokunun finalında `Bakı` məhz bu hesabla (2:1) `Xəzər Lənkəran`ı məğlub edərək kuboku başı üzərinə qaldırmışdı.
`İnter` isə rəqib meydanda minimal hesabla qələbə qazanaraq finalda `Xəzər Lənkəran`a rəqib oldu.
Qeyd edək ki, `Xəzər Lənkəran` - ``nter` arasında baş tutacaq final oyunu mayın 24-də keçiriləcək.
04 may (çərşənbə)
NBC Bank Azərbaycan kuboku, 1/2 final cavab oyunları
`Bakı` - `Xəzər Lənkəran` 2:1
Qol: Leonardo Roşa, 49 (1:0); Rahid Əmirquliyev, 57 (1:1); Fabio Luis Ramim, 85 (2:1).
(ilk oyun: 0:1)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Elçin Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00 (canlı, `İdman Azərbaycan`)
AZAL - `İnter` 0:1
Qol: David Odikadze, 2
(ilk oyun: 0:0)
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elman Musayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Şüvəlan qəsəbəsi, `AZAL` stadionu. Saat 18:00