3 ildən sonra və ilk transfer...

9 İyn 2010
3 ildən sonra və ilk transfer...
Mövsüm başa çatar-çatmaz transfer hazırlıqlarına start verən komandamız artıq ilk futbolçunu sıralarımıza qatıb. Yeni futbolçunu da `Qarabağ`ımız üçün yad hesab etmək olmaz. Çünki, o artıq 2 dəfə `Qarabağ`ın formasını daşıyıb. Millinin üzvü olmaqla yanaşı, `Qarabağ`ımızın üzvü olan Rəşad Sadıqovdan sonra millidə vitse-kapitan funksiyasını yerinə yetirir. Universallığı göz qabağındadır. Həm son müdafiəçi, həm də dayaq yarımmüdafiəçi funksiyasını uğurla yerinə yetirir. O, 3 illik fasilədən sonra yenidən `Qarabağ`ımıza döndü. Bəli, artıq onun əlavə təqdimata ehtiyacı yoxdu.Bəli, Samir Abbasov artıq `Qarabağ`lıdır. Bu gündın etibarən Samir yenidən `Qarabağ`ın uğurları üçün tər tökəcək. Samir saytımıza verdiyi açıqlamada yenidən `Qarabağ`a dönüşü haqda ilk təəssüratlarını bölüşüb:`Qarabağ` mənim üçün doğma komandadır. Öncələr bu komandada çıxış etdiyimə görə öz evimə qayıtdığı deyə bilərəm. Klub rəhbərliyini, çalışanlarını yaxşı tanıyıram. `Qarabağ`ın 9 futbolçusu ilə millidə birlikdə çıxış edirdim. Baş məşqçi Qurban Qurbanovla da münasibət yaxşıdır. Belə bir kollektivdə çıxış etmək həqiqətən əladır. İnşallah, `Qarabağ`da çempion olmaq istərdim.`