3 qolla 7 rekord

single-news
12 Apr 2012

3 qolla 7 rekord



`Real`ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldonun növbəti rekordları açıqlanıb. Dünyanın ən bahalı futbolçusunun `Atletiko`ya qalib gəldikləri (4:1) Madrid derbisindəki möhtəşəm oyunu diqqət mərkəzinə düşüb.
Belə ki, `Visente Kalderon` stadionunda keçirilən matçda het-trikə imza atan 27 yaşlı hücumçu birdən-birə 7 göstərici ilə Primeronun tarixinə düşüb.

Ronaldo Primeroda ilk futbolçudur ki, 1 mövsümdə səfərdə 20 qol vurub.

...Primeronun ilk futbolçusudur ki, 1 mövsümdə 7 dəfə het-trik edib (ümumilikdə 12).

...Ötən mövsüm 40 qolla bombardir - `Piçiçi` oldusa, cari çempionatda artıq bu qədər qol vurub.

...`Real`ın 3-cü futbolçusudur ki, İspaniya çempionatında `Atletiko`ya artıq 3 qol vurub.

... Cari mövsümdə 47 oyunda 52 qol vurub ki, bunlardan 40-ı Primeroda, 3 `Kral kuboku`nda, 8-i Çempionlar Liqasında, 1-i ölkə Superkubokundadır.

... `Real`ın 3-cü futbolçusudur ki, hamıdan çox – 23 penaltini dəqiq yerinə yetirib - onu yalnız əfsanələr – Uqo Sançeslə Miçel qabaqlayır.

...Son 4 oyunda 3 qolu standart vəziyyətdən vurub.

Paylaş

// pop up