3 qollu səfər oyunu

single-news
18 Dek 2025

3 qollu səfər oyunu



“Sabah” - “Qarabağ” - 2:1

Coy Lens Mikels, 52; Aron Maluda, 88 - Leandro Andrade, 9

 

Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının I turundan təxirə salınan görüşdə rəqibimiz “Sabah” olub.

 

Qarşılaşma “Bank Respublika Arena”da baş tutub. Komandamız matça aşağıdakı start heyəti ilə çıxıb: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

 

Oyun qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən hər iki komanda qol axtarışında olub. Matçın startında daha təhlükəli həmlələrlə diqqət çəkən futbolçularımız 9-cu dəqiqədə istəklərinə çatıblar. Abdullah Zubirdən ötürmə alan Leandro Andradenin cərimə meydanı xətti üzərində zərbəsi qarşısıalınmaz olub. Erkən qoldan sonra da azarkeşlər sürətli futbola tamaşa ediblər. Hər iki komandanın cəhdlərinə baxmayaraq, fasiləyə qədər hesab dəyişməyib.

 

İkinci hissənin əvvəllərində meydan sahibləri hesabı bərabərləşdiriblər. Bundan sonra da oyun qarşılıqlı hücumlar şəraitində keçib. 88-ci dəqiqədə “Sabah” daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb.

 

Komandamız hazırda 33 xalla ikinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu “Qəbələ”yə qarşı keçirəcək. Qarşılaşma dekabrın 21-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Paylaş

// pop up