3 XAL 3 QOLLA GƏLDI

single-news
22 Fev 2007

3 XAL 3 QOLLA GƏLDI



“Qarabağ” Futbol Klubu ikinci dövrədə doğma azerkeşləri qarşısımda keçirdiyi ilk matçdan qalibiyyətlə ayrıla bildi. “Gilan” qarşısında komandamız hücumçularının əla oyunu nəticəsində rəqibini məyus etdi. Hesab ilk yarıda 2:0-a çatsa da, “Qarabağ” ikinci hissədə 2 top buraxmasına rağmən sonda qarşılaşmadan gülərüz ayrıldı. Klubumuz matç öncəsi iki itkiylə üzləşmişdi. Nodarv Məmmədov səhhətiylə bağlı görüşü buraxacağı dəqiq idisə, bir gün öncə məşqdə qol sümüyü çatlayan Hakan Demir isə şəxsi arzusuyla start heyətində yerini aldı. Məmmədovun yerində isə daha bir gənc futbolçu Mehran Əliyev mübarizə aparmalı idi. Belədə komandamız görüşə ənənəvi olaraq 4-4-2 sistemiylə çıxmışdı. Əliyev və Maksim Medvedev cinah, Samir Abbasov və Hüseyn İsgəndərov isə mərkəzdə 4-lü müdafiəni formalaşdırmışdı. Yarımmüdafiədə oynayan Hakan, Aslan, Namiq, İliç isə hücum xəttindəki Vaqif-Kənan cütlüyünə dəstək verməliydi. Matçın ilk on dəqiqəsi tərəflərin meydanın mərkəzini ələ keçirmək mübarizəsiylə yadda qaldı. Buna baxamayaraq, ilk təhlükəli vəziyyət standart vəziyyətdən sonra yarandı. Nail Məmmədovun qüvvətli zərbəsinə Cahangir əla reaksiya göstərdi. Getdikcə təşəbbüsü ələ alan komanadamız rəqibini qapısına doğru sıxışdırmağa başladı.Belədə qol da özünü çox gözlətmədi. 20-ci dəqiqədə uzun ötürmə zaman təkbətək çıxan Vaqif Cavadov qapıçının müdaxiləsinə baxmayaraq hesabı açdı, 1:0. Qoldan həmən sonra Kənan Kərimov hesabı artırmaq imkanı əldə etsədə qapıcı daha cəld tərpəndi. Lakin 24-cü dəqiqə də Şükürov da Kənana mane ola bilmədi. Künc zərbəsindən sonra havaya qalxan topa özünü hamıdan tez yetirən Kənan fərqi artırdı. “Gilan” futbolçuları ilk yarıda ən önəmli şansı 45-ci dəqiqədə yaxaladılar. Lakin Vitali Balamestniyin başla 1 metrlik məsafədən zərbəsindən sonra Caqa inanılmaz “seyv” gerçəkləşdirdi. İkini yarıda baş məşqçimiz Rasim Kara zədəli Hakanın yerinə Tagim Novruzovu meydana buraxdı. Eyni zamanda komandamızda əlverişli imkanlar yaratmaqda davam edirdi. 2 dəfə Vaqif, 1 dəfə isə Kənan hesabı artıra bilərdi. Əvəzində kapitanımız bu işin öhdəsindən gəldi. Cərimə meydançasının daxilində Aslan elə güclü lmayan əvəzində dəqiq zəbəylə qonqları məyus etdi. Bu zaman 1 saatı yenicə tamam olmuşdu. Rasim Kara qoldan dərhal sonra daha bir gənc, Rauf Əliyevi meydana buraxdı. Meydanda olduğu müddətdə heç də pis təsir bağışlamayan 17 yaşlı forvard daim rəqibin arxa xəttini gərginlikdə saxlayırdı. Lakin, gözlənilmədən qonaqlar fərqi azalda bildilər. Vasif Əliyev cərimə zərbəsindən fərqlənəndə matçın 76-cı dəqiqəsi gedirdi. Qoldan sonra təşvişə düşən gənc kollektivimiz 81-ci dəqiqədə Samir Zərgərovun gözəl qoluna əngəl ola bilməsədə qələbə hesabını qoruya bildi.3:2.

Paylaş

// pop up