3 xalla 3-cülük, arenada siftə
5 Noy 2012
3 xalla 3-cülük, arenada siftə
`Qarabağ`ımız premyerliqanın 2-ci dövrəsinin ilk turunda AZAL-la qarşılaşırdı. Paytaxt təmsilçisiylə oyun turnir cədvəli baxımından olduqca əhəmiyyətliydi. Belə ki, qalib gələn tərəf mükafatçılar pilləsində qərarlaşacaqdı. Üstəlik, tərəflərin çempionatın ilk dövrəsindəki mücadiləsində AZAL-ın böyükhesablı qələbə qazanması oyuna əlavə həyəcan qatmışdı.
`Qarabağ`ımız oyuna məlum itkilərlə çıxmışdı. Rəşad Sadıqov və Ansi Aqolli zədə səbəbindən meydana çıxmayacaqdı. Elə təxminən 1 aydır zədəli olan Əfran İsmayılovun adı komandamızın baş məşqçisi Qurban Qurbanov tərəfindən matç siyahısına salınmışdı. Ötən turu `qırmızı` səbəbindən buraxan Maksim Medvedev isə start heyətində mövqeyini Eltun Yaqubludan geri almışdı. Qurban Qurbanov `Qəbələ` ilə oyunla müqayisədə daha 2 dəyişilik etmişdi. Beləki, hücum sivri ucunda Rauf Əliyevi Vaqif Cavadov, sağ cinahda isə Elnur Abdulovu Vüqar Nadirov əvəzləmişdi.
Oyunun gedişatı da göstərdi ki, Qurban müəllimin taktiki dəyişiklikləri öz bəhrəsini verdi. İlk 10 dəqiqə ərzində `Qarabağ`ımızın 2 təhlükəli həmləsindən sonra növbəti 15 dəqiqədə ara `sakitləşdi`. Amma `Qarabağ`ımızın qələbə istəyi özünü göstərirdi. Xüsusilə, Vaqif ön xətdə çalışqanlığı ilə rəqib müdafiəni narahat edir və qol arzusunu nümayiş etdirirdi. İlk yarıda isə tərəflər hərəyə bir dəfə qola yaxın oldu. Cavid Tağıyevin yaxın məsafədən zərbəsinə Fərhad inanılmaz reaksiya göstərdi, Muaremin ötürməsiylə qapıçı ilə təkbətyək qalan Riçardın zərbəsi isə öncə qapı tirinə ardınca rəqib futbolçunun əlinə dəydi.
2-ci yarıya `Qarabağ`ımız eyni heyətlə çıxdı. Amma istək və əzmi 2 qat artıqlamasıyla. 1 saatın tamamında isə gözlədiyimiz qol nəhayət gəldi. Oyun yüksək səviyyədə keçirən Qara Qarayev meydanın mərkəzindən uzun ötürməylə Muaremi qapıçıyla duelə yolladı. Makedoniyalı türk isə qapıçını da keçərək topu tora qovuşdurdu. Bu 24 yaşlı yarımmüdafiəçinin cari mövsüm 4-cü qolu idi. 5 dəqiqə sonra `Qarabağ`ımız 2-ci dəfə fərqləndi. Riçard cərimə meydançaımızın həndəvərindən topu qəbul edərək təxminən 70 metr reyd edib Vaqifi əlverişli mövqeyə çıxardı. Cavadov isə cari mövsüm ilk qolunu vurmaqda çətinlik çəkmədi.
Qurban Qurbanov qol(lar)dan sonra Rauf Əliyev və Əfran İsmayılovu döyüşə atdı. Amma görüşün qalan dəqiqələri artıq hesabın müəyyənləşdiyini göstərirdi. Belə də `Qarabağ`ımız 2:0-lıq qələbəylə vacib 3 xalı qazandı. 5 oyun sonra gələn `Qarabağ`ımızı eyni zamanda 3-cü pilləyə daşıdı. `Qarabağ`ımız eyni zamanda bununla cari mövsüm ilk dəfə Tofiq Bəhramov adına respublika stadionunda qələbə sevincini yaşadı.